Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Assosiasiya: "Qiymətli kağızlar bazarı haqqında" yeni qanun hazırlanır

"Qiymətli kağızlar bazarı haqqında" yeni qanun hazırlanır

Azərbaycanda "Qiymətli kağızlar bazarı haqqında" yeni qanun hazırlanır.

Yenixeber.org xəbər verir ki, bunu "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" (AFBİA) İctimai Birliyinin sədri Murad Yəhyayev bildirib.

"Hazırda qüvvədə olan 2015-ci ildə qəbul edilib. Bu günə qədər ona müəyyən əlavə və dəyişikliklər edilib. Ancaq bu qanun bazarın, müasir dövrün tələblərinə nə dərəcədə cavab verir, hazırda bunun diaqnostikası aparırıq. Azərbaycan Mərkəzi Bankı bu işlə məşğuldur. AFBİA da sırf praktiki olaraq bazarda yaşanan çətinliklər barədə müzakirələr aparır. Qanunun yenilənməsi qısamüddətli iş deyil, proses uzun çəkir, ən yaxşı halda 1 il davam edir. Ümid edirik ki, maksimum 1-1,5 ilə bu proses yekunlaşacaq. Təkmil qanun həm bazarın inkişafına töhfə verəcək, həm də investorların hüquqlarının müdafiəsi və digər istiqamətlərdə bizneslərin bu sahəyə marağının artırılmasına səbəb olacaq", - deyə o qeyd edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam