Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Paşinyanın 5 müşaviri, 4 köməkçisi, mətbuat katibi... -Baş nazir tənqid olunur

 

Ermənistanda dövlətdən yüksək maaş alan bəzi məmurların fəaliyyəti nəzərə çarmır, onların hansı işlər gördüyü məlum deyil.
Yenixeber.org-un məlumatına görə, bunu “Hraparak” qəzeti yazıb.
Mətbuat baş nazir Nikol Paşinyanı ətrafına havayı maaş alan məmur təbəqəsi yığmaqda ittiham edib. Bildirilib ki, Nikol Paşinyan öz adamlarını işsiz qoymamaq, müxalifətin sıralarını doldurmamaq üçün ehtiyac olmadığı təqdirdə özünə xeyli müşavir və köməkçi təyin edib. Hətta iddia olunur ki, Paşinyan onların bəzilərini heç tanımır, adını xatırlamır, ancaq arabir görür.

Hazırda baş nazir Nikol Paşinyanın iki əsas müşaviri var: keçmiş nazir Artak Kamalyan və keçmiş vilayət qubernatoru və baş nazirin müavini Hambardzum Matevosyan. Digər müşavirlər Lorinin keçmiş qubernatoru Aram Xaçatryan, Köçəryanın keçmiş aparat rəhbəri, Serj Sarkisyan dövründə İrandakı keçmiş səfir Artaşes Tumanyan və heç bir tərcümeyi-halı olmayan və yeganə vəzifəsi heç bir həftə çıxmayan qəzetlərdən birinin baş redaktoru olmuş Suren Maqakyandır.

Paşinyanın 4 köməkçisi də var: milliyətcə assuriyalı Arsen Mixaylov, həkim-stomatoloq Qaqik İsaxanyan, keçmiş vilayət qubernatoru Davit Gevorqyan və “AlikMedia” xəbər agentliyinin beynəlxalq xəbər tərcüməçisi Karine Davoyan.

Beləliklə, Paşinyanın 5 müşaviri və 4 köməkçisi var.

Mətbuat baş nazirin mətbuat katibi Nazeli Bağdasaryanı 5-ci köməkçi kimi təqdim edib. Baqdasaryan əvvəllər deputat olub, sonra Şirak qubernatoru, Paşinyanın köməkçisi işləyib, indi isə mətbuat katibi təyin olunub.

“Nazeli Baqdasaryan bütün baş nazirlərin əvvəlki sözçülərindən onunla fərqlənir ki, o, jurnalistlərlə ünsiyyət qurmur, onların zənglərinə cavab vermir, amma baş naziri hər yerdə müşayiət edir, hətta mühüm rəsmi görüşlərdə iştirak edir, amma onun reallığımızda hansı rol oynadığını heç kim bilmir”, - qəzet yazıb.

Qeyd olunub ki, bu adamlar heç nə etmədiklərinə görə külli miqdarda maaş alırlar,

“Nikol Paşinyan onlara sadəcə olaraq dövlət büdcəsi hesabına yaxşı yaşamağa imkan verib. Baş nazir bu qədər səhvə yol verirsə, bir çox məsələlərə yanlış yanaşırsa, heç bir səhvini etiraf etmirsə, ona hansı məsləhətləri verirlər, nə ilə kömək edirlər, bəlli deyil”, - tənqidi məqalədə qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam