Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Veysəloğlu Şirkətlər Qrupu ərzaq sektorun vergi ödəyiciləri arasında lider mövqeyə sahib oldu

Veysəloğlu Şirkətlər Qrupu ərzaq sektorun vergi ödəyiciləri arasında lider mövqeyə sahib oldu


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 2024-cü il üçün ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb.

Yenixeber.org:  Adları açıqlanan şirkətlər arasında Veysəloğlu Şirkətlər Qrupuna aid olan biznes subyektləri "Araz Supermarketlər Şəbəkəsi", "Oba Marketlər Şəbəkəsi" və "Veysəloğlu MMC” yer alır. Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan bu şirkətlərin dövlətə ödədiyi vergi məbləğinin ümumi həcmi 75,7 milyon manat təşkil edir. Siyahıdan göründüyü kimi, "Araz Supermarket" Məhdud Məsuliyyətli Cəmiyyəti 36,7 milyon manat, "Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyəti 23,5 milyon manat, "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyət isə 15,5 milyon manat vergi ödəyib.
Dövlət Vergi Xidməti tərəfindən açıqlanan 100 vergi ödəyicisinin təhlili həm də göstərir ki, "Araz Supermarket" və "Oba Market" pərakəndə sektoruna aid olan vergi ödəyicilərinin arasında müvafiq olaraq birinci və ikinci yerləri bölüşür. Ümumilikdə ərzaq sektoruna aid olan vergi ödəyən şirkətlər arasında isə Veysəloğlu Şirkətlər Qrupu birinci yerdə qərarlaşıb.
Açıqlanan rəqəmlər deməyə əsas verir ki, Veysəloğlu Şirkətlər Qrupu yerli istehlakçılara dəstək verən və əhəmiyyətli sayda iş yerləri yaradan şirkət olmaqla yanaşı, həm də iri vergi ödəyicisi qismində ölkə iqtisadiyyatına lazımi töhfəni vermiş olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam