Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Qazaxıstanda mədənin çökməsi nəticəsində ölən yeddi mədənçinin meyitləri tapılıb –YENİLƏNİB

 

Qazaxıstanın Ulıtau vilayətində mədənin çökməsi nəticəsində ölən yeddinci mədənçinin meyiti xilasetmə qrupları tərəfindən tapılıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.

“Qazaxmıs” MMC-yə məxsus mədəndə aparılan axtarış-xilasetmə işləri zamanı yeddinci əməkdaşın meyiti tapılıb. Onun kimliyi müəyyənləşdirilir. Yeddi işçinin hamısının meyitləri səthə qaldırılıb və məhkəmə-tibbi ekspertiza üçün polis əməkdaşlarına təhvil verilib”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, fevralın 17-də respublikanın Ulıtau vilayətindəki “Jomart” mədənində dağ kütləsinin uçması nəticəsində yeddi işçi uçqun altında qalmış, onlarla əlaqə kəsilmişdi. Daha sonra xilasetmə qrupları uçqun yerində altı meyit aşkar etmişdilər.

Qazaxıstan hökuməti olayın səbəblərini araşdırmaq üçün Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərliyi ilə xüsusi komissiyanın yaradıldığını bildirib.

***

Qazaxıstanın Ulıtau vilayətində uçmuş şaxtada dağıntıların təmizlənməsi zamanı xilasedicilər altı mədənçinin meyitini aşkar ediblər, daha birinin axtarışı davam edir.

Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Axtarış-xilasetmə işləri zamanı xilasedicilər qrupu “Kazaxmıs” MMC-nin altı əməkdaşının meyitini aşkar edib. Onların kimliyi müəyyənləşdirilir. Hazırda hadisənin bütün təfərrüatlarının araşdırılması istiqamətində təhqiqat aparılır. Yeddinci şəxsin axtarışı davam edir”, – məlumatda qeyd olunub.

***

Qazaxıstanın Ulıtau vilayətindəki Jomart mədənində qaya uçması baş verib.

Bu barədə mədənlərin işlənməsi ilə məşğul olan “Kazaxmıs” şirkətlər qrupu məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 7 mədənçi dağıntılar altında qalıb.

Şirkət qeyd edib ki, hazırda hadisə yerində təcili xilasetmə işləri aparılır. Qazaxıstanda 7 şaxtaçı dağılmış mədəndə qalıb

Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam