Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Kabildə terror aktı baş verib, ölən və yaralananlar var -YENİLƏNİB

 

Əfqanıstanın paytaxtı Kabil şəhərində Şəhərsalma və Mənzil Tikintisi Nazirliyinin binası qarşısında terrorçu-kamikadze partlayış törədib, bir nəfər ölüb, üç nəfər yaralanıb.

Yenixeber.org xəbər verir ki, bu barədə “TOLO News” telekanalına nazirliyin nümayəndəsi Məhəmməd Kamal Əfqan məlumat verib.

O, partlayış faktını təsdiqləyib və qeyd edib ki, hadisə "terrorçunun darvaza qarşısında mühafizəçilər tərəfindən zərərsizləşdirilməsindən" sonra baş verib.

***

Əfqanıstanın Şəhərsalma və Mənzil Tikintisi Nazirliyinin binası qarşısında terrorçu-kamikadze tərəfindən partlayış törədilib.

Bu barədə TASS-a ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi Abdul Matin Kaneh bildirib.

Qurbanlar barədə hələlik məlumat yoxdur.

Nümayəndənin “TOLO News” telekanalına verdiyi məlumata görə, terrorçu binaya girməyə cəhd göstərsə də, təhlükəsizlik xidmətinin əməkdaşları buna imkan verməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam