Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Makron Ərdoğanla danışıb:...maraqlı olan bu razılaşmanın Qafqaza çatıb-çatmayacağıdır

Ərdoğanla Makron arasında telefon danışığı olacaq 

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Fransa Prezidenti Emmanuel makron arasında baş tutan telefon danışığı müxtəlif yozumlara yol açıb.

Yenixeber.org: Məlumata görə, erməni politoloq Akop Badalyan bu telefon danışığının təsadüfi olmadığına diqqət çəkib.

O qeyd edib ki, Suriya lideri Şara Türkiyəyə səfər edəndən (4 fevralda – red.) iki gün sonra Fransa Prezidenti makronla telefon danışığı aparıb. 7 fevralda isə Makronla Ərdoğan arasında telefon əlaqəsi baş tutub:

“Makron və Ərdoğan Suriya prezidenti Şara ilə ardıcıl təmaslardan sonra nəyi müzakirə edə bilərdilər? Bu ardıcıllıq onu deməyə əsas verir ki, Makron-Ərdoğan telefon danışığı hansısa razılaşma ilə bağlıdır.

Məsələ burasındadır ki, o “əlaqə” hansı zaman və məkan üçündür, çünki bizə maraqlı olan bu razılaşmanın Qafqaza çatıb-çatmayacağıdır”.

Bu arada, Türkiyə “Meteor” raketlərinin alınması ilə bağlı danışıqlar aparır və Yunanıstan baş naziri ötən gün buna görə Makrona narahatlığını çatdırmışdı. Halbuki Yunanıstan “Meteor” raketləri ilə təchiz edilmiş 24 “Rafale” təyyarəsi alıb.

Fransa həmçinin Ermənistanın silahlanmasında xüsusi rol oynayır və Azərbaycana qarşı İrəvanı qızışdırmağa davam edir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam