Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Faktiki hava belədir

Yağıntılı və küləkli hava nə vaxta kimi davam edəcək? - PROQNOZ | FED.az

Milli Hidrometeorologiya Xidmətinin fevralın 8-i saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Yenixeber.org: Dağlıq rayonlara qar yağır. Yağan qarın hündürlüyü Lerikdə 79, Yardımlıda 23, Qubada (Qrız) 19, Kəlbəcərdə 17, Şahdağda 14, Şuşada 12, Laçında 7, Xaltanda 6, Xankəndində 4, Qusar, Şahbuzda 1 sm-dir.

Bəzi yerlərdə yağış yağır. Belə ki, düşən yağıntının miqdarı Astara, Lənkəranda 13 mm, Daşkəsən, Şəmkir, Gəncə, Zaqatala, Neftçala, Biləsuvar, Tərtər, Zaqatala, Cəlilabadda eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Ölkənin bəzi ərazilərində güclü şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında arabir 30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçalada 20 m/s, Şirvanda 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 5.8 metrə çatıb.

Daşkəsən, Göygöl, Qax, Şəki, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Bərdə, Tərtər, Gəncə, Naftalan, Şəmkirdə duman müşahidə olunur. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə isə 17 dərəcəyədək şaxta qeydə alınıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam