Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Kiyevin merinin müavini həbs edilib -SƏBƏB

Kiyevin meri Kliçkonun müavini torpaq mənimsəmək ittihamı ilə həbs edilib
Kiyevin meri Vitali Kliçkonun müavini Petro Oleniç torpaq mənimsəməkdə şübhəli bilinərək iki ay müddətinə girov müqabilində həbs edilib.

Yenixeber.org: Məlumata görə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluğunun “Telegram” kanalında dərc edilən məlumatlara görə, Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Oleniç üçün təxminən 362 min dollar məbləğində girov göndərilməsi ehtimalı ilə həbs qətimkan tədbiri seçib.

Məhkəmə bu işdə şübhəli bilinən digər şəxsləri, o cümlədən Kiyev Şəhər Şurasının deputatı Olena Marçenkonu da həbs edib.

Qeyd edək ki, fevralın 6-da Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluq Kiyev meriyası və Şəhər Şurasında torpaq korrupsiyası ilə bağlı genişmiqyaslı əməliyyat elan edib.

Axşam Ukrayna Milli Antikorrupsiya Bürosu Kiyev Şəhər Şurasının 7 məmurunun torpaq sektorunda korrupsiyada şübhəli bilinərək həbs edildiyi barədə məlumat yayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam