Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Ölkəmiz avropalı tərəfdaşları tərəfindən ədalətsiz hücumlara məruz qalıb

 

Gürcüstan və xalqı hazırda dövlətçiliyin formalaşmasının mühüm mərhələsindən keçir.

Yenixeber.org xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili XI çağırış parlamentin yaz sessiyasının açılışında bildirib.

O bildirib ki, gürcü xalqı keçirilmiş parlament seçkilərində öz seçimini edərək, sülh və inkişaf yolunu seçib: "Son illərdə respublika Avropa tərəfdaşları tərəfindən ədalətsiz hücumlara məruz qalıb".

"Hamımız yaxşı başa düşməliyik ki, sülh siyasəti, iqtisadi inkişaf bizi abxaziyalı, osetiyalı qardaş və bacılarımızla yaxınlaşdıran mühüm amillərdir. Bu, alternativi olmayan bir yoldur", - prezident qeyd edib.

O vurğulayıb ki, Gürcüstan ölkənin strateji və coğrafi rolunu maksimum gücləndirməlidir.

M.Kavelaşvili Donald Trampın rəhbərliyi ilə ABŞ-də yeni administrasiyanın hakimiyyətə gəlməsini alqışlayıb və onun fikrincə, bundan sonra dünyada "psevdoliberal qaydanın" dəyişməsi başlayıb.

"ABŞ-dəkı proseslər və dünyada onlara olan reaksiya bir daha cəmiyyətimizi əmin etdi ki, Gürcüstan sülhə, milli maraqlara, ənənəvi və mühafizəkar dəyərlərin qorunmasına, xristianlığın rolunun gücləndirilməsinə yönəlmiş düzgün siyasət aparır", - o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam