Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Moskvada partlayış: “Arbat” batalyonun erməni komandiri komaya düşdü

 

Moskvadakı “Qırmızı yelkənlər” yaşayış kompleksində baş verən partlayış nəticəsində Ukraynaının Donbas vilayətində qurulmuş “Arbat” batalyonunun komandiri Armen Sarkisyan ağır yaralanıb və reanimasiyaya yerləşdirilib.

Yenixeber.org xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, partlayış Sarkisyan təhlükəsizlik qüvvələrinin müşayiəti ilə zaldan keçərkən baş verib.

Yaşayış kompleksində baş verən partlayış nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır, bir neçə nəfərin öldüyü bildirilir.

Ölənlər arasında Armen Sarkisyanın mühafizəçisi Oleq Kaspiroviç də var.

Armen Sarkisyanın hazırda komada olduğu, sol ayağının kəsildiyiyi bildirilir.

Armen Qorlovski kimi tanınan 46 yaşlı Sarkisyan Qorlovkada qanunsuz döyüşçülərin təlimi ilə məşğul olub.

A.Sarkisyan Ukrayna Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlar aparan qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə ittiham olunur. O, Ukraynada axtarışa verilib, əvvəllər Ukrayna vətəndaşlığı olub.

"Arbat" batalyonu Armen Sarkisyan tərəfindən 2022-ci ildə Ukrayna ərazisində yaradılmış qanunsuz silahlı dəstədir. Təxminən 500 nəfərdən ibarətdir, əksəriyyəti etnik ermənilərdir. Dəstə Donbasda Ukrayna ordusuna qarşı döyüşür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam