Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

İrəvanın mərkəzində oxunan “Qarabağ” mahnısına görə cinayət işi açıldı

 

Ermənistan Milli Təhlükəsizlik Xidməti Müstəqil Strateji Araşdırmalar Mərkəzinin rəhbərinə qarşı cinayət işi açıb.

Yenixeber.org xəbər verir ki, məlumata görə, mərkəz rəhbəri Ermənistan paytaxtının tam mərkəzində bir qrup şəxsin Azərbaycan dilində “Qarabağ” mahnısını oxuduğu rezonans doğuran videonu ilk paylaşanlardan biri olub.

Görüntülər yanvarın 30-da sosial şəbəkələrdə peyda olub və sürətlə internetdə yayılaraq istifadəçilərin reaksiyasına səbəb olub.

Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən müəyyən edilib ki, videoda əks olunan şəxslər İran vətəndaşlarıdır. Onlar dekabrın 30-dan yanvarın 3-dək turist qismində Ermənistanda olublar. Erməni təhlükəsizlik qüvvələri onların adlarını açıqlayıb: Milad Kaqramaniafşar, Behzad Qafari Şabanlou, Mehdi Mohammadi, Hamed Azizi Maleki və Nader Qafari.

Eyni zamanda, qurumdan qeyd edilib ki, Ermənistanda Azərbaycan dilində mahnı oxumaq qadağan olunmayıb. Amma görünənə görə, belə videoların internetdə yayılması qadağandır.

“Biz həqiqətə uyğun olmayan və ya təsdiqlənməmiş məlumat və şərhləri dərc etməkdən çəkinməyə çağırırıq”, - deyə xüsusi xidmətdən bildirilib.(Oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam