Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Rusiya XİN: Minsk Qrupunun ləğvi Bakı-İrəvan münasibətlərinin normallaşmasına yardım edəcək

 

ATƏT-in Minsk Qrupu öz fəaliyyətini 2022-ci ilin fevralında dayandırıb.

Yenixeber.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Minsk qrupu fəaliyyətini məhz fransalı və amerikalı həmsədrlərin günahı ucbatından bitirib.


“Fəaliyyətdə olan mandatlarına baxmayaraq, onlar heç bir məsləhətləşmə, kommunikasiya olmadan rusiyalı həmsədrlə təmaslardan imtina ediblər. Onlar heç ATƏT çərçivəsində məsləhətləşmələr aparmayıblar, sadəcə rusiyalı həmsədrlə təmaslardan imtina ediblər. Onlar əvvəlcədən təyin olunmuş tədbirləri ləğv ediblər. İndiyə kimi də bunun səbəblərini səsləndirməyiblər. Xatırladım ki, 2022-ci ilin oktyabrın 6-da Praqada Azərbaycan prezidenti, Ermənistan baş naziri, Fransa prezidenti və Avropa Şurasının sədrinin birgə bəyanatı qəbul olunub. Bütün bunlar ona gətirib çıxarıb ki, Minsk qrupu öz fəaliyyət predmetini itirib. Deməli, Minsk Qrupu ilə birlikdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi vəzifəsinin ləğv olunması məntiqlidir. Belə təxirəsalınmaz tədbir Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən münasibətlərin normallaşmasına yardım etmək məqsədi daşıyır. Mənə elə gəlir ki, elə bu mövqedən çıxış etmək lazımdır”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam