Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Tənzilə Rüstəmxanlının partiyasından bəyanat: "Hacı Şahin şəhid deyil axı..."

 

“Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin son iclası ilə bağlı mətbuatda gedən məlumatlarda deputat Tənzilə xanımın fikirləri geniş şəkildə işıqlandırılmayıb. Belə ki, onun şəhidlərlə bərabər Hacı Şahinə də salavat gətirilməsinə etirazı xüsusi qabardılaraq məsələ yanlış təqdim edilib”.

Yenixeber.org xəbər verir ki, bu, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Tənzilə Rüstəmxanlının çıxışında Hacı Şahinin ruhunu incidəcək bircə kəlməsi də olmayıb.

“Dünyada hörmət sahibi olan din xadimləri çoxdur, lakin onlar şəhadətə Allah və millət yolunda qovuşmayıblarsa, şəhid sayıla bilməzlər. Allah Hacı Şahinə rəhmət eləsin. Xalqımız arasında böyük hörmət-izzəti var idi, ruhu sayğı ilə anılır. Vaxtsız ölümünə hər kəs ürəkdən acıdı. Amma Hacı Şahin şəhid deyil axı! Hacının adı hər yerdə hörmətlə xatırlanır, adına minlərlə insan hər gün salavat çevirir. Vacib deyil ki, o həm də şəhid sayılsın. Bunu heç özü də məqbul saymazdı”, - bəyanatda deyilir.

Qeyd edək ki, ötən gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclasında millət vəkili, VHP sədrinin müşaviri T.Rüstəmxanlı şəhidlərlə yanaşı Hacı Şahinə də salavat gətirilməsinə etiraz edib. (Modern )


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam