Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Britaniyalı nazirdən Trampa ETİRAZ

Britaniyalı nazirdən Trampa ETİRAZ

ABŞ-ın yeni Prezidenti Donald Trampın Britaniyadan ixrac olunan məhsullara yüksək tariflər tətbiq etmək planına Böyük Britaniyanın biznes naziri Conatan Reynolds etiraz edib.

Yenixeber.org: Məlumata görə, nazir ABŞ-ın Böyük Britaniya ilə ticarətdə qalıq kəsiri olmadığını, yəni ABŞ-ın Britaniyadan idxal etdiyi məhsulların həcminin ixrac etdiyi məhsullardan artıq olmadığını bildirib.

Prezident Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda beynəlxalq şirkətlərin rəhbərlərinə ya məhsullarını ABŞ-da istehsal etməli, ya da yüz milyardlarla, hətta trilyonlarla dollar dəyərində tariflərlə üzləşməli olduqlarını bildirib.

Lakin Conatan Reynolds vurğulayıb ki, istehsal məhsulları ilə bağlı ABŞ-ın Böyük Britaniya ilə ticarət balansında mənfi saldo yoxdur. O, bu vəziyyəti tarif müzakirələri üçün əsaslı arqument kimi dəyərləndirib.

Qeyd edək ki, D. Tramp artıq Çindən idxal edilən məhsullara 1 fevraldan etibarən 10 faiz vergi tətbiq etməyi nəzərdən keçirdiyini açıqlayıb. O, bunun səbəbini Çin tərəfindən Meksika və Kanadaya fentanil – sintetik opioid göndərilməsi ilə əlaqələndirib. Bundan əlavə, Tramp Kanadadan və Meksikadan idxal edilən məhsullara 25 faiz tarif tətbiq edəcəyi ilə də təhdid edib.

Bununla belə D. Tramp son açıqlamalarında tariflər tətbiq etməkdənsə, potensial ticarət razılaşmasını üstün tutacağını bildirib.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam