Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

 Emin Əmrullayevin müavini Pakistandadır -FOTOLAR

nazir-muavini-pakistanda-seferdedir

Elm və təhsil nazirinin müavini Həsən Həsənli 23-24 yanvar 2025-ci il tarixlərində Pakistanın İslamabad şəhərində səfərdədir.

Yenixeber.org: Məlumata görə, səfər çərçivəsində elm və təhsil nazirinin müavini Həsən Həsənli Azərbaycan Hökuməti ilə Pakistan Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının 8-ci iclasında iştirak edib.

İclasda çıxış edən Həsən Həsənli iki ölkə arasında elm və təhsil sahəsi üzrə əməkdaşlığın cari vəziyyəti, Azərbaycanda təhsil alan 1300-dən çox pakistanlı tələbə, əcnəbi tələbələr üçün təhsil alma imkanları, o cümlədən elmi və ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi kimi bir sıra mühüm məsələlərə toxunub.

Qeyd edək ki, sözügedən iclas zamanı siyasi, sosial, iqtisadi və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb, iclasın yekununa dair protokolda iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlər öz əksini tapıb.

Həmçinin səfər çərçivəsində Pakistan Prezidenti Asif Əli Zərdari və Baş naziri Mian Məhəmməd Şahbaz Şərif Azərbaycan nümayəndə heyətini qəbul edib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam