Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Bakıdakı marketdə eşşək südü satılır? -QİYMƏT

 

Bakıdakı “Z market” mağazalar şəbəkəsində tərkibində eşşək südü olan kremlərin satışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri bu məhsulların eşşək südü olduğunu güman edib. 

Yenixeber.org xəbər verir ki, market bir neçə çeşiddə belə krem məhsulu satır. Qiymətlər kremlərin çeşidinə görə dəyişir: 2 manat 95 qəpik - 3 manat 55 qəpik.

Mütəxəssislər deyirlər ki, eşşək südü tərkibindəki protein, kalsium, şəkərin miqdanına görə ana südünə ən yaxın süddür. Tərkibində protein və şəkərin miqdarı ana südündəkindən daha çoxdur. İnək südü bəzi körpələrə allergiya verir, amma alimlərin araşdırmaları eşşək südünün heç bir allergik xüsusiyyətinin olmadığını təsdiq edib. Eşşək südü həzmi rahatlaşdırır, kökəlmə vermir. Bunun səbəbi onun tərkibində olan yağların digər südlərin tərkibində olan yağlardan az olmasıdır.

Amerika, Braziliya, Çili, Fransa, Almaniya, İtaliya, İngiltərə, Çin və bir çox ölklərdə xüsusi fermalarda bu süddən müxtəlif məhsullar hazırlayırlar. Eşşək südünün ən çox satıldığı ölkə Hollandiya və Almaniyadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam