Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Xaçmazda yol qəzasında xəsarət alan sürücü ölüb

 

Xaçmaz rayonunda baş verən yol qəzasında xəsarət alan sürücü ölüb.

Yenixeber.org-un məlumatına gorə, Gəndob-Yalama avtomobil yolunun 27-ci km-də, magistralın Xaçmaz rayonunun Müşkür kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, Babayev Emil Çingiz oğlunun idarə etdiyi "İVECO" markalı iri tonnajlı yük avtomobili qarşıdan gələn "Ford" markalı yük maşını ilə toqquşub.

Nəticədə "Ford"un sürücüsü, 1998-ci il təvəllüdlü Qədirov Samil Emin oğlu ağır xəsarətlər alaraq deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları onu maşından çıxarıb təcili tibbi yardım briqadasına təhvil verib.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralanın vəziyyəti ağır olduğu üçün Bakıya göndərilsə də, o, yolda ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.(Report)

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam