Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Mərhum şahmatçı Vüqar Həşimovun atası ilə vida mərasimi keçirilib

 

Mərhum şahmatçı Vüqar Həşimovun atası, polkovnik Qasım Həşimovla vida mərasimi keçirilib.
Yenixeber.org xəbər verir ki, mərasimdə ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak ediblər.
O, II Fəxri xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, Qasım Murtuza oğlu Həşimov 1949-cu ildə Goranboy rayonunda anadan olub.
Uzun illər Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışıb.
Vüqarın karyerasında onunla birgə addımlayan Qasım Həşimov oğlunun ilk şahmat müəllimi kimi tanınıb. 2014-cü ildən keçirilən və Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə superturnirin Təşkilat Komitəsinə rəhbərlik edib. 2016-cı ildə rəhbərlik etdiyi Vüqar Həşimov Şahmat Akademiyasını yaradıb.
Azərbaycanın Əməkdar məşqçisi olan Q.Həşimov 2023-cü ildə Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Qeyd edək ki, Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndindəki fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. O, yanvarın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam