Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

"Azərbaycan Dəmir Yolları"nın departament rəhbəri məhkəməyə verildi -Müqaviləsiz işçi çalışdırıb?

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) insan resursları departamentinin rəhbəri Ceyhun Nağıyev inzibati məsuliyyətə cəlb edilib. 

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi onu İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cərimələyib. 

Bu maddəyə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Ceyhun Nağıyevə konkret olaraq hansı məbləğdə cərimə yazıldığı bəlli deyil. Bəlli olan odur ki, departament rəhbəri dövlət qurumunun qərarında məhkəməyə şikayət verib. 

Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. 

Elməddin Hüseyn iş üzrə hakim təyin edilib.(32gün.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam