Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Çeçenistan aeroportunun rəhbəri istintaqa cəlb edildi

AZAL-ın təyyarəsinin vurulmasına görə Çeçenistan aeroportunun rəhbəri istintaqa cəlb edildi

Bakıdan Qroznıya uçan AZAL-a məxsus təyyarənin Aktau limanında qəzaya uğramasına görə, dünən axşam saatlarında müstəntiqlər Qroznıda Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının yerli bölməsinin əməkdaşlarını dindiriblər.

Yenixeber.org: Rusiya KİV-lərinin yaydığı məlumata görə, dindirilənlər arasında Qroznı aerodromunun uçuş direktoru Camlail Bakanayev də var. O bildirib ki, bütün sistemlər işlək vəziyyətdədir və xidməti vəzifələri çərçivəsində onun tərəfindən yoxlanılıb. Uçuş direktoru kimi o, həmin vaxt Bakı-Qroznı reysinin enməsi üçün heç bir maneə görməyib.

Həmçinin dindirilənlərdən biri faciə zamanı təyyarəni idarə edən dispetçer keçmiş futbolçu Əli İdrisovdur. İdrisov deyib ki, o, təyyarə yerə enən zaman hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb və “Xalça” planı barədə fövqəladə vəziyyətdən beş dəqiqə sonra məlumat alıb.

O, PUA-nın hücumu və hava hücumundan müdafiə sisteminin fəaliyyəti barədə heç bir təsəvvürünün olmadığını iddia edir. İddialara görə, o, təyyarənin ekipajının hesabatına əsaslanaraq, hadisəni sona qədər quş vurması kimi qiymətləndirib.

Əli İdrisov dispetçer olmamışdan əvvəl peşəkar futbolçu olub və Ramzan Kadırovun sevimli klubu “Terek Qroznı”da (indiki “Axmat”) çıxış edib. Daha sonra, 2016-cı ildə Regionlararası İnşaatçılar Birliyində hüquqşünas kimi işə düzəlib.

Əli İdrisov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam