Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

“Nar”ın dəstəyi ilə uşaq hüquqlarına həsr olunmuş debat forum keçirildi-FOTOLAR

 

Regionlarda sosial məsuliyyət təşəbbüsləri ilə tanınan “Nar”ın “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birgə həyata keçirdiyi Ümumdünya Uşaq Hüquqları Gününə həsr edilmiş layihə sona çatıb. Mobil operator layihənin yekunu olaraq, “Rəqəmsal təhlükəsizlik və uşaq hüquqlarının qorunması” mövzusunda genişmiqyaslı debat forum keçirilməsinə dəstək olub. Layihənin məqsədi rəqəmsal dövrdə uşaqların hüquqlarının qorunması məsələlərinə diqqət çəkmək və valideynləri bu sahədə maarifləndirməkdir.

Yenixeber.org: Forumda şəxsi məlumatların qorunması, internetdə təhlükəsiz olmağın metodları və digər mövcud problemlər mövzusunda mütəxəssislərin iştirakı ilə valideynlər, uşaqlar və rəhbər şəxslər arasında fikir mübadiləsi aparılıb. Panel müzakirələrdə valideynlər suallarını rəhbər şəxslərə ünvanlayaraq çətinlikləri və həll yollarını müzakirə edib, uşaqlar isə kiberbullinq, onlayn oyunların təhlükələri kimi mövzulara aid təqdim olunan keyslərə fikir bildiriblər. Bu cür interaktiv panel diskussiyalar üç tərəf arasında açıq ünsiyyəti qoruyaraq birgə həll yollarını stimullaşdırıb.

Debat forumda çıxış edən “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib: “Rəqəmsal dövrdə uşaqların hüquqlarının qorunması hər birimizin üzərinə düşən bir məsuliyyətdir. “Nar” olaraq, hədəfimiz uşaqların təhlükəsizliyini təmin etməklə yanaşı, valideynlərə və cəmiyyətə bu mühüm məsələlərdə dəstək olmaq və hər bir uşağın daha təhlükəsiz rəqəmsal gələcəyini təmin etməkdir”.

Sərfəliliklə yanaşı, sosial məsuliyyət prinsiplərini fəaliyyətinin ayrılmaz hissəsi hesab edən “Nar” bu layihəyə dəstək göstərərək uşaqların hüquqlarının qorunmasına, valideynlərin maarifləndirilməsinə və təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir. Mobil operator sosial layihələr çərçivəsində regionlarda maarifləndirmə fəaliyyətlərini davam etdirməyi və cəmiyyətin inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləməyi uzunmüddətli prioritet kimi görür.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam