Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradılıb- FOTOLAR

 

Xaricdəki Azərbaycan evlərində “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsinə anım guşələri yaradılıb.

Yenixeber.org: Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

 Avstriya, Finlandiya, İspaniya, Kanada, Macarıstan, Yunanıstan və digər ölkələrdə yaşayan soydaşlarımız həmin ölkələrdəki Azərbaycan evlərinə gələrək anım guşəsinə qərənfillər düzür, şam yandırır, qəza nəticəsində həlak olanları hörmətlə anır, yaralananlara şəfa arzulayırlar.

Xaricdə yaşayan azərbaycanlılar hər zaman olduğu kimi, belə bir faciənin baş verdiyi gündə də xalqımızın və dövlətimizin yanında olduqlarını nümayiş etdirirlər.

Qeyd edək ki, hazırda dünyanın 18 ölkəsində 29 Azərbaycan Evi fəaliyyət göstərir. Azərbaycan evləri həqiqətlərimizin dünyaya çatdırılmasında, soydaşlarımızın tariximizi və mədəniyyətimizi öyrənmələrində ciddi rol oynayan, bayram və hüzn günlərində birliyimizi nümayiş etdirən məkanlardır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam