Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Din Tao: Çin azərbaycanlı turistlərin ölkəyə girişini sadələşdirməyə çalışır-FOTO

 

Çin azərbaycanlı turistlərin ölkəyə girişini sadələşdirməyə çalışır.

Yenixeber.org xəbər verir ki, bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O xatırladıb ki, hazırda Pekin, Bakı və Urumçi arasında həftədə 5 dəfə uçuşlar həyata keçirilir.

"Biz "Azərbaycan Hava Yolları"nın Çinə reyslərin sayını artırmaq səylərini tam dəstəkləyirik. Bu ilin iyul ayında Azərbaycan Çin vətəndaşları üçün birtərəfli qaydada bir illik vizasız rejim tətbiq edib ki, nəticədə Çindən gələn turistlərin sayı iki dəfədən çox artıb", - müvəqqəti işlər vəkili bildirib.

Onun sözlərinə görə, Azərbaycanda Çin dilini öyrənənlərin sayı təxminən 8000 nəfərdir.

"Pekin Universiteti, Çinxua Universiteti və Pekin Xarici Dillər Universiteti kimi nüfuzlu Çin universitetlərində Azərbaycan dili tədris olunur", - D.Tao əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam