Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

MSK: Gürcüstanda prezident seçkiləri baş tutub -YENİLƏNİB

 

Gürcüstanda prezident seçkiləri baş tutub, belə ki, səsvermədə seçicilərin yarısından çoxu iştirak edib.

Yenixeber.org xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natiya İoseliani brifinqdə bildirib.

"Saat 11:30-a seçicilər kollegiyasının 170 üzvü artıq prosesdə iştirak edib.

Seçkilər baş tutub, çünki seçicilər kollegiyasının tam tərkibinin yarısından çoxu artıq iştirak edib", - o deyib.

Qeyd edək ki, kollegiya 300 seçicidən ibarətdir.

***

Gürcüstan parlamentində ölkənin altıncı prezidentinin seçkiləri başlayıb.

İlk dəfə birbaşa ümumxalq səsverməsi ilə deyil, 300 seçicidən ibarət kollegiyanın iclasında seçilir.

Kollegiyaya Gürcüstan parlamentinin 150 deputatı, Acarıstan Ali Sovetinin 21 deputatı, Abxaziya Ali Sovetinin 20 nümayəndəsi və ölkənin müxtəlif regionlarının bələdiyyə orqanlarının - rayon sakrebulosunun 109 deputatı daxildir.

Prezidentin seçilməsi üçün seçki kollegiyasının 2/3-nin dəstəyi lazımdır. Hakim "Gürcü Arzusu" partiyasının seçki kollegiyasındakı seçicilərinin sayı kifayət qədər çoxdur.

Parlamentin işini boykot edən müxalifət seçkilərdə iştirak etmir. Müxalifətçilər prezidentliyə namizədlərini də irəli sürməyiblər.

Beləliklə, Gürcüstan prezidentliyinə yeganə namizəd hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasından olan keçmiş parlament üzvü və sabiq futbolçu Mixail Kavelaşvilidir.

Prezidentin andiçmə mərasimi dekabrın 29-na planlaşdırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam