Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Ərdoğan BMT Baş katibi ilə danışdı

Ərdoğan BMT Baş katibi ilə Suriyadakı vəziyyəti müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.

Yenixeber.org: Məlumata görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı regional və qlobal məsələlər, həmçinin Suriyadaki vəziyyət müzakirə olunub.

Ərdoğan Suriya münaqişəsinin həllinin yeni mərhələyə keçdiyini, Suriyanın daha böyük qeyri-sabitlik yaşamamasının və mülki əhali arasında itkilərə səbəb olmamasının Türkiyənin ən böyük arzusu olduğunu bildirib.

Bundan əlavə, ölkə başçısı bu mərhələdə Suriya hakimiyyətinin hərtərəfli siyasi həll üçün təcili olaraq xalqını iştirakının vacibliyini vurğulayıb.

Türkiyənin gərginliyi azaltmaq, mülki insanları qorumaq, siyasi proseslərə zəmin yaratmaq üçün səylər göstərdiyi də qarşı tərəfə bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam