Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
Günün xəbəri

Messi və komanda yoldaşları Bakıya gəlir -Bu tarixdə

 

Futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suarez, Serxio Buskets (Sergio Busquets) və Xordi Alba (Jordi Alba) Bakıya gəlirlər!

Yenixeber.org xəbər verir ki, dekabrın 11-də Bakı Kristal Zalında keçiriləcək tədbirdə pərəstişkarlar dünyanın ən yaxşı futbolçusu – dünya çempionu, səkkiz dəfə “Qızıl top” mükafatı qazanan Lionel Messi və komanda yoldaşlarını görmək imkanı qazanacaq.

İştirakçılar futbol ulduzları ilə birlikdə maraqlı, unudulmaz anlar yaşayacaq, Messinin futbol həyatını və mübarizəsini əks etdirən filmi izləyə biləcək. Filmdə izləyicilərə futbol ulduzunun həyatı və karyerası ilə bağlı unikal anlar təqdim olunacaq.

Tədbiri xüsusi musiqi atmosferi müşayiət edəcək. Bakı Kristal Zalının səhnəsində  dünyaşöhrətli bəstəkar və müğənni Villi Uilyam (Willy William), məşhur “Morandi” qrupu çıxış edəcək. İştirakçılara enerjili və yaddaqalan ritmlərlə musiqili proqram təqdim olunacaq.

Tədbir yalnız futbolsevərlər üçün deyil, həm də musiqi həvəskarları üçün unudulmaz anlar vəd edir. Hər kəsi bu unikal təcrübəyə qoşulmağa dəvət edirik!

Biletləri iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.

Bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam