Redaktor seçimi
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
1 Nömrəli Körpələr Evində “körpəsayağı yeyinti”:
Günün xəbəri

Üç ölkə Suriya ilə bağlı görüş keçirəcək

 

Yaxın zamanlarda Türkiyə, Rusiya və İran Astana formatında Suriya ilə bağlı görüş keçirə bilər.

Yenixeber.org xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlayıb.

Nazirlər səviyyəsində keçirilməsi gözlənilən görüşdə Suriyada vəziyyətin nizamlanması məsələsi müzakirə ediləcək. 

H.Fidanın sözlərinə görə, o, artıq Astana prosesinin bərpa edilməsini rusiyalı həmkarı Sergey Lavrovla müzakirə edib. O bildirib ki, format yaxın zamanlarda yenidən təşkil ediləcək.

Xatırladaq ki, noyabrın 28-də “CNN” Suriyada müxalifət qüvvələrinin Hələbin qərbində hökumət qüvvələrinə hücum etdiyini yazıb. Hücum nəticəsində üsyançı qüvvələr çox sayda yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Noyabrın 30-da isə Suriyanın Müdafiə Nazirliyi silahlı qruplaşmanın Hələbin bir çox bölgəsinə daxil olduğunu açıqlayıb. 

Onu da qeyd edək ki, Astana platforması Suriyada döyüşən tərəflər arasında hərbi əməliyyatların dayandırılması haqqında danışıqların aparılması üçün yaradılmışdı. Platforma çərçivəsində görüşlər Astanada 2017-ci ildən başlayıb. Ötən ilin yayında Astana prosesi rəsmən başa çatdığı açıqlanıb. Belə ki, 2017-ci ilin yanvarından 2023-cü ilin iyununa qədər Astanada Suriyada vəziyyətin nizamlanmasına dair 20 beynəlxalq görüş keçirilib. 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam