Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Putin Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə keçirir -YENİLƏNDİ

Putin Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə keçirir
Rusiya prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə keçirir.

Yenixeber.org: Məlumata görə, görüş Kremldə baş tutub.

Məlumata görə, iclasda hərbi-sənaye kompleksinin rəhbərliyi və raket istehsalçıları da iştirak edir.

   ***

Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbərliyi, hərbi sənaye kompleksi və raket istehsalçıları ilə görüş keçirib.

Görüşdə Putin “Oreşnik” orta mənzilli ballistik raketinin sınaqlarının uğurla keçdiyini, sınaqları davam etdirəcəklərini söyləyib.

Onun sözlərinə görə, Rusiyada “Oreşnik” kimi istifadəyə hazır sistemlər var, Rusiya Federasiyası təhlükəsizliyinə təhdidlərdən asılı olaraq, döyüş şəraiti də daxil olmaqla, ən son raketlərin sınaqlarını davam etdirəcək.

O, tərtibatçılara və “Oreşnik”in yaradılmasında iştirak edən bütün kollektivə təşəkkür edib, yerli raket elmi məktəbinin böyük potensialının olduğunu vurğulayıb:

"Əldə olunan nəticələr və “Oreşnik”in işlənib hazırlanma sürəti qürur və heyranlıq doğurur. “Oreşnik” raketi köhnə sistemlərin modernləşdirilməsi deyil, müasir, ən son inkişafdır. “Oreşnik” kimi sistemlər üzərində işləmək Rusiya üçün həyati əhəmiyyət kəsb edir. “Oreşnik” qrup şəklində tətbiq edildikdə strateji silahla müqayisə oluna bilər".

Putin bir daha “Oreşnik” raketi ilə mübarizə aparacaq silahın olmadığını qeyd edib: "Hazırda dünyada “Oreşnik”in qarşısını almaq üçün hər hansı vasitə yoxdur. "Oreşnik” Rusiyanın ərazi bütövlüyünün daha bir etibarlı qarantıdır”, - deyə o əlavə edib.

Rusiya prezidenti “Oreşnik”in seriyalı istehsalı ilə bağlı qərarın verildiyini, onun Strateji Raket Qüvvələrinə veriləcəyini də açıqlayıb.

Putin deyib ki, Rusiyada “Oreşnik”ə bənzər bir neçə sistem sınaqdan keçirilir.

Rusiya lideri “Oreşnik” sisteminin yaradıcıları və layihə qurucularının dövlət mükafatlarına namizəd göstəriləcəyini də söyləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="665" height="374" src="https://www.youtube.com/embed/Pu6xjnN0uTw" title="“Savaş davam etsə...” | İran və ABŞ razılaşsa, regionda nələr dəyişəcək? - Baku TV" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam