Redaktor seçimi
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
Günün xəbəri

COP29 çərçivəsində Azərbaycanda ilk bərpa olunan enerji hərracının qalibi elan edilib

COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə həyata keçirilən 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının tikintisi üzrə hərracın qalibi elan olunub.

Yenixeber.org xəbər verir ki, hərracda hər kilovat/saat elektrik enerjisi üçün ən aşağı təklif verən “Universal International Holdings Limited” şirkəti qalib olub.

2027-ci ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 260 milyon kilovat/saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcək.

Tədbirdə çıxış edən EBRD-nin Qafqaz üzrə regional direktor Alkis Vryenios Drakinos bildirib ki, Azərbaycanın ilk bərpa olunan enerji hərracının uğurla başa çatması bank üçün böyük nailiyyətdir: "EBRD olaraq, "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi və bu istiqamətdə siyasətlərin dəstəklənməsi üzrə uzun illər davam edən işlərimizin nəticəsini görməkdən məmnunuq. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəfləri təbrik edirik”.

Qeyd edək ki, hərrac Azərbaycan Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”na uyğun olaraq keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam