Redaktor seçimi
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI:
Günün xəbəri

Mikayıl Cabbarov: “SOCAR məqsədyönlü fəaliyyəti ilə iqlim dəyişikliklərinin həllində nümunəvi model yaradıb”

Azərbaycan qlobal enerji sektorunda xüsusi və önəmli yer tutur.

Yenixeber.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində təşkil olunmuş tədbirdə bildirib.

"Qürurla demək istəyirəm ki, biz ənənəvi, yəni neft-qaz sektoruna əsaslanan iqtisadiyyatdan başqa iqtisadiyyata keçidlə bağlı addımlar atırıq"- deyə o qeyd edib.

M. Cabbarov vurğulayıb ki, Azərbaycan ötən 5 ildə daha çox davamlı inkişafa və enerji keçidinə fokuslanıb: "Artıq bizim ilkin nəticələrimiz var. Azərbaycan Cənubi Qafqazda ən böyük bərpa olunan enerji stansiyalarına malikdir. İki gün əvvəl dövlət başçıları səviyyəsində “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Biz bu layihəni üç ölkənin enerji sistemlərini birləşdirən mühüm layihə hesab edirik. Layihə Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsini nəzərdə tutur".

Bundan başqa, onun sözlərinə görə, Azərbaycan Gürcüstan, Rumıniya, Bolqarıstanın və Macarıstanın olduğu konsorsiumun üzvüdür, Qara Dənizdə sualtı elektrik kabelinin tikintisi nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam