Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Donetsk vilayətinin bu yaşayış məntəqəsi də işğal edildi

Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirib
Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Vişnevoye yaşayış məntəqəsini ələ keçirib.

Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin zirehli texnikası olan dəmiryolu eşalonunu, enerji obyektləri, neft anbarı və PUA istehsalı sexi vurub.

Bundan əlavə, Rusiyanın hava hücumundan müdafiə qüvvələri ötən gün ərzində 4 ATACMS raketi, bir HIMARS mərmisi və Ukrayna Silahlı Qüvvələrinə məxsus 47 PUA-nı vurub.

Rusiya MN ötən sutka ərzində Ukraynanın bütün istiqamətlərdə 1,6 mindən çox hərbçi itirdiyini açıqlayıb.

Eyni zamanda nazirlik, Rusiya ordusu Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin üç əks-hücumunu dəf etdiyini də açıqlayıb.

Bildirilib ki, Rusiya qoşunları Kursk vilayətində hücumu davam etdirib.

Qeyd olunub ki, gün ərzində Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində 150-dən çox hərbçini, bir piyada döyüş maşını və radio elektron mübarizə sistemi stansiyasını itirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam