Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

COP29 Yaşıl Zona üzrə biletlərin əldə edilməsi mümkün olacaq

 

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransı çərçivəsində təşkil olunacaq Yaşıl Zonaya giriş biletlərinin əldə edilməsi prosesi 9 noyabr tarixindən etibarən başlanılacaq.

Yenixeber.org  xəbər verir ki, geniş ictimaiyyət üçün açıq olacaq COP29 Yaşıl Zona üzə biletləri ödənişsiz olaraq onlayn qaydada əldə etmək mümkün olacaq. 

Məlum olduğu kimi, COP29 konfransının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə edilən və rəsmi danışıqların mərkəzi olan Mavi Zona ilə yanaşı həmçinin COP29 Sədrliyi tərəfindən təşkil və idarə edilən və icmaların iştirakı, texnoloji həllər və qlobal əməkdaşlığa yönəlik Yaşıl Zona da fəaliyyət göstərəcək.

Yaşıl Zona iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının bir araya gələcəyi məkandır. 

Ümumilikdə, Yaşıl Zona proqramı müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyəti ilə bağlı bir sıra təşəbbüs və müzakirələri əhatə edir, iqlim dəyişmələri üzrə həllərin təşviqi sahəsində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bundan əlavə, Yaşıl Zona dayanıqlı inkişaf naminə QHT-lər, eləcə də şirkət və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsini də təşviq edir. 

İqlim fəaliyyəti ilə yaxından tanış olmaq istəyən kəs üçün açıq olan Yaşıl Zonaya biletlərini ödənişsiz şəkildə iTicket platforması vasitəsilə elektron formada əldə etmək mümkün olacaq. Konfransın dayanıqlılıq prinsipləri nəzərə alınaraq, elektron biletlərin çap edilməsi və kağız daşıyıcıda təqdim olunması tələb edilmir.

Qeyd edək ki, COP29 Yaşıl Zonaya böyük maraq nəzərə alınaraq sözügedən biletlər konfransın keçiriləcəyi müddət ərzində hər ayrıca gün və bu günlərin müxtəlif saat slotları üzrə ayrıca əldə edilməlidir. Biletlər hər növbəti gün üçün iki gün öncədən reliz ediləcək. 

Yaşıl Zona biletləri haqqında daha ətraflı məlumatı COP29 rəsmi veb saytının müvafiq bölməsindən əldə edə, aidiyyəti suallarınızı isə ticketing@cop29.az elektron poçt ünvanına yönləndirə bilərsiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam