Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Azərbaycanda dönərin qiyməti bahalaşa bilər -VİDEO

 

Dönərlə bağlı yeni texniki normativ hüquqi akt hazırlanıb. Aktı Qida Təhlükəsizliyi Agentliyi hazırlayıb.

Yenixeber.org-un məlumatına görə, Məqsəd yüksəkriskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunması, eyni zamanda bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir. Sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə təqdim olunub. Yeni qaydalarda çiy dönər ətinin emalına dair ümumi gigiyena tələbləri ilə yanaşı, xüsusi tələblər də öz əksini tapıb.

Qida Təhlükəsizliyi Agentliyinin sektor müdiri İradə Hüseynli bildirib ki, çiy dönərin hazırlanmasında istifadə olunan ətlərlə bağlı da yeni tələblər hazırlanıb.

İqtisadçı Xalid Kərimli "Xəzər Xəbər"ə bildirib ki, dönərlə bağlı yeni standartların müəyyənləşdiriləsi öz növbəsində dönərin də qiymətinə təsir göstərəcək.

Vətəndaşların dönərin keyfiyyəti ilə bağlı fikirləri isə birmənalı deyil.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam