Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

“Bu gün axşam oturub götür-qoy etməliyik” -Bakı meri/VİDEO

 

“Bu, müəyyən mənada, təbii fəlakət, fövqəladə vəziyyətdir. Normadan artıq yağıntı olub, proses göz qabağındadır”. 

Yenixeber.org  xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib. 

Bir neçə gündür yağan intensiv yağışların yaratdığı fəsadlara münasibət bildirən E.Əzizov bu gün axşam oturub vəziyyəti götür-qoy etməli olduqlarını da vurğulayıb:

“İndi vəziyyəti təhlil etməliyik ki, niyə burada belə bir hal yaranıb. Ola bilər ki, tikinti vaxtı bəzi nöqsanlara yol veriblər. Hər halda bu gün birmənalı qiymət vermək hələ tezdir. Buna görə də Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər strukturların nümayəndələri ilə birlikdə qərar verdik ki, bu gün axşam yığışıb yaranmış vəziyyəti təhlil edək və ondan sonra müəyyən tədbirlər görək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam