Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Bakıda su üzərindən yol çəkilir -VİDEO

 

Böyükşor-Pirşağı avtomobil yolunda tikinti işlərinin 75%-i görülüb.

Yenixeebr.org xəbər verir ki, Bakı şəhərində nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq yeni Böyükşor-Pirşağı avtomobil yolu ümumi uzunluğu 12.7 km olmaqla inşa edilir. Yeni yol 30.6 metr, hər bir hərəkət zolağının eni 3.5 metr olmaqla 6 hərəkət zolağından ibarətdir.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyir ki, layihə üzrə torpaq işləri, ərazinin təmizlənməsi, tikinti altına düşən kommunikasiyaların köçürülməsi, qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası yekunlaşdırılıb. Onun sözlərinə görə, hazır olan hissələrdə asfaltlanma aparılır ki, bu da işlərin böyük hissəsinin görülməsi deməkdir. azal vakansiya

Avtomobil yolunun hər iki tərəfində piyada səkilərinin inşası və yolboyu işıqlandırma sisteminin qurulması da nəzərdə tutulub.

Bundan başqa layihə üzrə marşrut boyu yolun sağ və sol kənarlarında mühafizə hasarları qurulur. Eyni zamanda nəqliyyat və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq yerlərdə əyri xətli tirlər quraşdırılır. Yolun ayın sonuna qədər istifadəyə verilməsi planlaşdırılır.

Daha ətraflı "Xəzər Xəbər"in süjetində:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam