Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

İran Avropaya bütün uçuşları dayandırır

 

İranın “Iran Air” aviaşirkəti Avropa istiqamətində bütün uçuşları dayandırır.

Yenixeber.org xəbər verir ki, bu barədə məlumatı İranın Aviadaşıyıcılar Assosiasiyasının direktoru Maksud Asadi Samani açıqlayıb. 

Bu barədə qərar Avropa İttifaqının sözügedən şirkətə qarşı sanksiyalar tətbiq etməsi ilə bağlı verilib. “Iran Air” isə ölkənin Avropaya reyslər həyata keçirən yeganə şirkətidir:

“Ölkəmizdə Avropaya uçuşlar həyata keçirən yeganə aviaşirkət “Iran Air” idi. Avropa İttifaqının yeni sanksiyalarını nəzərə alaraq, İranın heç bir təyyarəsi Avropaya uçmayacaq”.

Xatırladaq ki, oktyabrın 14-də Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiya siyahısına daxil edilən şirkətlər arasında “Iran Air”, “Saha Airlines” və “Mahan Air” aviaşirkətləri, eləcə də alüminium istehsalçısı “Iran Alumina Company” də olub. Aİ həmin şirkətlərin Rusiyaya ballistik raket göndərilməsində məsuliyyət daşıdığını iddia edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam