Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Parisin növbəti cılızlığı:Bakıya qarşı TƏXRİBAT

Bu il sentyabrın 29-dan oktyabrın 2-dək Bakıda keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının illik konfransını pozmaq üçün Fransanın Xarici İşlər Nazirliyi səviyyəsində təxribata əl atıbmış.

Yenixeber.org xəbər verir ki, tədbirdə Fransadan 10-a yaxın nümayəndənin iştirakı nəzərdə tutulsa da, Fransanın Xarici İşlər Nazirliyi onlara yazılı şəkildə xəbərdarlıq edərək, Azərbaycana səfər edəcəkləri təqdirdə guya Bakıda həbs təhlükəsi ilə üzləşə biləcəklərini iddia edib. Bu iddianı əsas gətirən Fransa XİN onlara Azərbaycana getməməyi tövsiyə edib.

Nəticədə, Fransadan cəmi 3 nəfər - bu ölkənin baş prokurorunun müavini Gilles Charbonnier, Frankofoniya Assosiasiyasının katibi İvanni Bulvar və Sirakuza Beynəlxalq İnsan Hüquqları Universitetinin prezidenti Jan-Franko Toni tədbirdə iştirak edib, səfərdən də məmnun qalıblar.

Həmçinin, məlum olub ki, Fransa XİN konfransda iştirak üçün qeydiyyatdan keçmiş fransızdilli ölkələrin nümayəndələrinə də ölkəmizə səfər etməməyi tövsiyə edibmiş.

Bu, Fransada ən yüksək dövlət səviyyəsində Azərbaycana qarşı nə qədər cılız təxribatlara əl atdığına növbəti sübutdur.(APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam