Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Etibar Əliyevin məhkəməsi 10 il sonra bitdi -QƏRAR

 

“Texnikabank” ASC-nin (ləğv edilib) Müşahidə Şurasının sədri olmuş Etibar Əliyevin məhkəmə işi 10 il sonra başa çatıb.

Yenixeber.org-un məlumatına görə, 2014-cü ildə istintaqı dayandırılan apellyasiya şikayəti üzrə yekun qərar çıxarılıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda ağır xəstəliyə yoluxduğu üçün mühakimə edilməsi mümkün olmayan Etibar Əliyevin yazılı ərizəsi elan edilib. O, ərizəsində şikayətindən imtina etdiyini bildirib.

Qədim Babayevin sədrlik etdiyi məhkəmə tərkibi tərəflərin hüquqlarını tanıyıb. 

Qərara əsasən, apellyasiya tələblərindən imtina edildiyindən şikayətlərə baxılmasına xitam verilib.

Bununla da E.Əliyevin 1 il sınaq müddəti seçilməklə 9 il şərti məhkum edilməsi ilə bağlı hökm qanuni qüvvəyə minib.

Qeyd edək ki, Etibar Əliyev 2014-cü ildə dələduzluq, rəsmi sənədləri saxtalaşdırma və vəzifə saxtakarlığı ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə ayrıca mühakimə edilən Etibar Əliyevə 9 il şərti azadlıqdan məhrumetmə cəzası verilib. 

Həmin vaxt tərəflər hökmdən apellyasiya şikayəti versə də, E.Əliyev ağır xəstəliyə yoluxduğu üçün məhkəmə istintaqı baş tutmayıb.(Qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam