Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Xorvatiyada COP29-la bağlı tədbir keçirilib -FOTOLAR

9 oktyabr tarixində Zaqreb şəhərində Azərbaycanın Xorvatiyadakı Səfirliyinin və bu ölkədə fəaliyyət göstərən İqlim Dəyişikliyi üzrə Beynəlxalq İnstitutun birgə təşkilatçılığı ilə COP29-la bağlı tədbir keçirilmişdir.

Yenixeber.org: Məlumata görə, tədbirdə, Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin, Ətraf Mühitin Mühafizəsi və Yaşıl Keçid Nazirliyinin, eləcə də digər dövlət qurumlarının rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun rəhbərləri, beyin mərkəzlərinin təmsilçiləri, ölkənin aparıcı şirkətlərinin rəhbərləri, Xorvatiyada iqlim dəyişikliyi üzrə fəaliyyət göstərən ekspertlər, həmçinin KİV nümayəndələri iştirak etmişlər.

Tədbir zamanı, Azərbaycanın Xorvatiyadaki səfiri Anar İmanov, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin idarə rəisinin müavini Şahin Şahyarov, Xorvatiyanın İqlim dəyişikliyi məsələləri üzrə baş danışıqçısı xanım Vişnja Qrqasoviç, İqlim Dəyişikliyi üzrə Beynəlxalq İnstitutun rəhbəri Marija Pujo Tadic çıxış edərək iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasında beynəlxalq əməkdaşlığın vacibliyinə toxunmuş, COP29 zamanı müzakirə olunacaq məsələlər, Azərbaycan sədrliyinin prioritetləri və irəli sürdüyü təşəbbüslər, beynəlxalq iqlim dəyişikliyinin yaratdığı fəsadlar və onların aradan qaldırılması səyləri, habelə Azərbaycanla Xorvatiya arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq perspektivləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişlər. Tədbir zamanı edilən çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanmış, tədbir geniş müzakirələr ilə davam etdirilmişdir.

Həmçinin, tədbir zamanı COP29 və Azərbaycan haqqında video çarxlar nümayiş olunmuşdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam