Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə mübarizəyə töhfələr verə biləcəyi ilə bağlı bir nümunə göstərir

 

Azərbaycan daha kiçik emissiya payına sahib ölkələrin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyi ilə bağlı bir nümunə göstərir.

Yenixeber.org-un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 10-da Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) iştirakçılarına müraciətində deyilir.

O bildirib ki, Azərbaycanın zəngin külək və günəş enerjisi potensialı bərpaolunan enerji gündəliyini inkişaf etdirməyə imkan verir.

Dövlət başçısı qeyd edib ki, “Yaşıl enerji” zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpaolunan enerji mənbələrinə malikdir:

“Azərbaycan, həmçinin neft və qaz hasilatından əldə etdiyi gəlirləri “yaşıl enerji”yə yatırır. Bu, açıq şəkildə göstərir ki, qazıntı enerji növləri ilə zəngin olmağımız yaşıl gündəliyi təşviq etmək istiqamətində addımlarımıza mane olmur.

Qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyi ölkə kimi Azərbaycan daha kiçik emissiya payına sahib ölkələrin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyi ilə bağlı bir nümunə göstərir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam