Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Ərdoğan Albaniya və Serbiyaya rəsmi səfər edəcək

  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 10-11-də Albaniya və Serbiyaya rəsmi səfər edəcək.

Yenixeber.org-un məlumatına görə, səfərlər zamanı aparılan danışıqlar ikitərəfli münasibətlərin bütün aspektlərinə baxılmasını və müxtəlif sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin müzakirəsini nəzərdə tutur.

Ərdoğan səfər çərçivəsində hər iki ölkədə həmkarları ilə təsis olunmuş yüksək səviyyəli Əməkdaşlıq Şurasının iclaslarına sədrlik edəcək. Ərdoğan Albaniyanın Baş naziri Edi Ramanın iştirakı ilə Balkan yarımadasında Türkiyənin maliyyələşdirdiyi ən böyük məscid olan Tirana Namazgah məscidinin açılışını edəcək.

Türkiyə lideri sonra Belqrada gedəcək və Serbiya Prezidenti Aleksandar Vuçiçlə biznes forumda iştirak edəcək. Səfərlər nəticəsində ikitərəfli münasibətlərin müqavilə əsaslarını inkişaf etdirmək məqsədilə müxtəlif sazişlərin imzalanması da planlaşdırılır. Danışıqlar zamanı həmçinin cari qlobal və regional məsələlər, o cümlədən Balkan yarımadasındakı hadisələr, həmçinin Yaxın Şərqdəki gərginliklə bağlı fikir mübadiləsi nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam