Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Məzarı açılmışdı - DNT analizinin cavabı açıqlandı

 

Xəbər verdiyimiz kimi, 15 il öncə Türkiyədə 17 yaşlı sevgilisi Münəvvər Qarabuludu xüsusi amansızlıqla qətlə yetirib daha sonra həbsxanada intihar edən Cem Qəriboğluya aid məzar açılıb. Cəsədin diş, saç və kürək sümüklərindən DNT analizi götürülüb.

Yenixeber.org xəbər verir ki, onun intihar etdiyi gün alınan DNT nümunəsi və məzardan götürülən nümunə bir-birinə uyğun gəlib. Bununla da məzardakı cəsədin Qəriboğluya aid olduğu müəyyənləşib.

Xatırladaq ki, sevgilisinin Bağçaşəhərdəki villasında baltalanan M. Qarabuludun doğranmış meyiti 2009-cu il martın 3-ü Etilər səmtində zibil konteynerindən tapılıb. 2011-ci ilin noyabrında məhkəmə C. Qəriboğlunun 24 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı hökm çıxarıb. Qəriboğlu 3 il sonra Silivri 5 saylı cəzaçəkmə müəssisəsində intihar edib.

Hadisədən sonra bəzi KİV və sosial şəbəkələrdə Cem Qəriboğlunun ölmədiyi, ABŞ-də bir neçə dəfə görüntüləndiyi barədə məlumat yayılmışdı. Buna görə də onun məzarının açılması qərarı verilmişdi.

Məlumat üçün deyək ki, sözügedən cinayət illər öncə Türkiyə gündəmini zəbt edib. Belə ki, 20 yaşlı Cem Qəriboğlu ölkənin tanınan ailələrindən birinin övladı olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam