Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

“İranın əlində Amerika qanı var” -Harris

 

“İran dünyanın bütün ölkələri arasında ABŞ-nin əsas düşmənidir”.

Yenixeber.org xəbər verir ki, bunu Amerikanın vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris CBS telekanalına müsahibəsində açıqlayıb.

“İranın əlində Amerika qanı var. Birləşmiş Ştatlar İranın heç vaxt nüvə gücünə çevrilmək imkanının olmamasına əmin olmalıdır. Bu, mənim üçün əsas prioritetlərdən biridir”, - Harris deyib.

O, ABŞ-nin İranın nüvə silahı istehsal etdiyinə dair sübutlar tapacağı təqdirdə, hərbi əməliyyatlara əl atılacağı ilə bağlı sualları cavablandırmayıb.

Bundan başqa, vitse-prezident Kiyevdən olan nümayəndələrin iştirakı olmadan Rusiya dövlət başçısı Vladimir Putinlə Ukraynadakı münaqişənin həllini müzakirə etməyəcəyini bildirib.

“Ukraynadakı münaqişəyə son qoymaq üçün Putinlə görüşərsinizmi” sualına o, belə cavab verib: “Ukraynasız ikitərəfli əsasda yox. Kiyev ölkənin gələcəyi ilə bağlı söz sahibi olmalıdır”.

Harris Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmək barədə suala dəqiq cavab verməyib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam