Redaktor seçimi
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
“Azəraqrar” şəhid ailəsinin “dərisini soyur” – Dəhşətli mənimsəməni kim edib?
SOCAR-dan QHT-lərə Dövlət Dəstəyi Agentliyinə uzanan əl -
Günün xəbəri

Gürcüstan ABŞ və Aİ ilə münasibətləri yenidən başlatmaq istəyir -RƏSMİ

Bizim ən vacib tapşırığımız ABŞ və Avropa İttifaqı (Aİ) ilə münasibətləri yenidən başlatmaqdır.

Yenixeber.org: Məlumata görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim “Gürcü Arzusu” partiyasının seçki proqramını təqdim edərkən deyib. O, Gürcüstan hökumətinin Qərblə əlaqələri yenədən başlatmağa çalışdığını vurğulayıb.

“Biz münasibətlərin hazırkı vəziyyətindən məmnun deyilik. Münasibətlərin yenidən başladılması üçün bizim tərəfimizdən bütün addımlar atılır. Biz əminik ki, gələn il Ukraynada müharibənin başa çatmasından sonra həm ABŞ, həm də Aİ ilə əlaqələrimizi yeniləyəcək qarşılıqlı addımlar atılacaq”, - Kobaxidze deyib.

Hökumət başçısı Avropaya inteqrasiyanın hələ də Gürcüstanın əsas xarici siyasət prioritetlərindən biri olduğunu vurğulayıb.

“2030-cu ilədək Gürcüstan Aİ-yə qoşulmağa ən çox hazır olan namizəd ölkə olacaq. Gürcüstan assosiasiya sazişinin 90 faizini 2028-ci ilədək tamamlayacaq”, - Baş nazir deyib.

O, NATO ilə əməkdaşlığın dərinləşdirilməsinin, həmçinin Çin ilə strateji əməkdaşlığın artırılmasının əsas hədəflər sırasında olduğunu əlavə edib.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam