Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

İnternetin sürəti ilə bağlı problem nədən qaynaqlanır?

Azərbqaycanda internetin sürəti ilə bağlı problem əsasən lokal səviyyədə olur.

Yenixeber.org xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov bildirib.

"Bu ay Azərbaycandakı internet opertorlarının təqdim etdiyi internetin orta sürəti 80,54 mb/s olub. Ayrı-ayrı bölgələr üzrə bu rəqəm fərqli ola bilər. Bu gün ölkədə 250-377 mb/s sürət almaq da mümkündür. Biz hazırda provayderlərlə işləyirik, onları dəvət edirik, məktublar göndəririk, ümumilikdə işlər gedir. İnternetin sürəti ilə bağlı problem əsasən lokal səviyyədə olur. Əgər bir küçədə istifadəçilərdən biri 371 mb/s sürət alıb, digəri ala bilmirsə, bu, artıq xidmət təminatçısının problemi deyil. Yəni problem kökdən yaranmır", - deyə o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam