Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

Bu atalar sözü həm bizdə, həm də Azərbaycanda var -Paşinyan

 

Biz qonşularımız Azərbaycan və Türkiyə üçün bütün regional marşrutları açmağa hazırıq. “Sülhün kəsişməsi” layihəsi bunu əhatə edir, gələcəyə yönəlib”.

Yenixeber.org xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin 79-cu sessiyasındakı çıxışında deyib.

O, regional kommunikasiyaların üçüncü tərəfin nəzarəti olmadan açılacağını bildirib:

“Bunlar ölkələrin yurisdiksiyası, suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşılması, qarşılıqlı prinsip və hörmət əsasında baş verməlidir. Ermənistan öz ərazisindən keçid və daşınmanı təhlükəsiz şəkildə təmin etməyə hazırdır.

Ümumiyyətlə, mənfi mesajlar vermək istəmirəm. Bir erməni atalar sözü var: “Yaxşı deyək, yaxşı olsun”. Bu o deməkdir ki, adətən müsbət şeylərdən danışanda yaxşı hadisələr baş verir. Əminəm ki, bu söz Azərbaycan, Türkiyə, Gürcüstan və İranda da var. Onlar bunu özlərininki kimi qəbul edirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam