Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

“Rusiyanı raketlə təmin etməmişik” -İran lideri

 

“İran Rusiyanı heç bir raketlə təmin etməyib”.

Yenixeber.org xəbər verir ki, bunu İranın Prezidenti Məsud Pezeşkian mətbuat konfransı zamanı deyib.

“Rusiya ilə əməkdaşlıq və ticarət əlaqələri qurmuşuq, lakin biz hakimiyyətə gəldikdən sonra heç bir silah ötürülməyib”, - prezident bildirib.

O əlavə edib ki, İran həmişə Ukrayna-Rusiya münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub.

“Rusiya müharibəyə niyə başladı? Avropalılardan soruşun! NATO niyə sərhədlərini genişləndirmək istəyir?”, - M. Pezeşkian əlavə edib.

Xatırladaq ki, “The Wall Street Journal” adı açıqlanmayan amerikalı və avropalı rəsmilərə istinadən İranın Rusiyanı qısa mənzilli ballistik raketlərlə təchiz etdiyini iddia edib.

Daha sonra İran bəyanat yayaraq xəbərin yalan olduğunu açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam