Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

Uşaqların 1, ci sinfə qəbulu -BAŞA ÇATIR

2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi yekunlaşır.

Yenixeber.org xəbər ki, ümumi təhsil müəssisələrinin 1-ci sinfinə uşaqların qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir. Uşaqların 1-ci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Uşaqların elektron sistemdə qeydiyyat prosesi 1 may 2024-cü il tarixindən başlayıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, uşaqların 1-ci sinfə qeydiyyat prosesinin son günü 13 sentyabr 2024-cü il, saat 18:00-dır.

Agentlikdən bildirilib ki, 2024-2025-ci tədris ili üzrə l-ci siniflərə 130 763 nəfər, məktəbəhazırlıq qruplarına isə 84 367 nəfər uşağın qəbulu gözlənilir.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 1-ci sinfində 46 098 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
 
Agentlik bəyan edib ki, övladlarının 2024-2025-ci tədris ili üzrə 1-ci sinfə, eləcə də məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər tələsməli və  mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi etməlidirlər. Onların 1 gün vaxtı qalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam