Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

ABŞ-də polis zorakılığı - 836 nəfər öldürülüb

ABŞ-də polis zorakılığı – 836 nəfər öldürülüb
2024-cü ilin ilk günündən ABŞ-də polis tərəfindən 836 nəfər öldürülüb.

Yenixeber.org: Bu barədə polis zorakılığına dair baza (mappingpoliceviolence.us) məlumat yayıb.

Belə ki, bu ilin ilk 8 ayında yalnız 12 gün ərzində polis qətli hadisəsi qeydə alınmayıb. 2023-cü ildə polis tərəfindən öldürülən insanların sayı 1 247 olub və onlardan 27 faizi qaradərili idi. Son 10 ildə polisin törətdiyi ən çox qətl hadisəsi 2023-cü ildə qeydə alınıb və 2024-cü ilin ilk 8 ayındakı göstəricilər artım tendensiyasını göstərir.

2013-2023-cü illər arasında polis tərəfindən törədilən qətllərin 98,1 faizi üçün polis əməkdaşları cinayət məsuliyyətinə cəlb olunmayıb. 2023-cü ildə ən çox polis qətli Nyu-Meksiko ştatında baş verib. Ümumilikdə, 2013-cü ildən bu günə qədər polis 13 minə yaxın insanı öldürüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam