Redaktor seçimi
QHT-lərin qrant bildirişləri 2 aydır yubadılır -
Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu: Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... -
Füzuli Gigiyena və Epidemiologiya Mərkəzində dövlətin pulu belə “yuyulur”: Dövşan və qurbağa satandan mətbəə malları alınır?! -
BDU dosenti Vəfa İsgəndərovanın Avropa ilə nə əlaqəsi?-
Qrantla susdurulan həqiqətlər! -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Qarabağ üzərindən ucuz PR fəaliyyəti -
Cavanşir Feyziyevin Londondakı mülklərinin siyahısı -
Deputat Bəxtiyar Əliyevin oğlunun "iki fərqli həyatı":
Günün xəbəri

Rusiya ilə sərhəddə hasarın hündürlüyünü artıracaqlar

 

Finlandiya Rusiya ilə sərhəddə hasarın hündürlüyünü yarım metr artıraraq 3,5 metrə çatdırmağa qərar verib.

Yenixeber.org xəbər verir ki, bu barədə məlumatı Finlandiyanın Sərhəd Xidməti yayıb.

Bildirilir ki, xidmət 2026-cı ilin sonuna qədər şərq sərhədində 200 kilometr uzunluğunda istehkam inşa etməyi də planlaşdırır.

Eyni zamanda, tikanlı məftillərin daha sıx ediləcəyi qeyd olunub.

“Şərq sərhədində maneələrin quraşdırılması sərhədin təhlükəsizliyini artırır və genişmiqyaslı miqrasiyanın qarşısının alınması və nəzarət üçün zəruridir”, - xidmətin məlumatında qeyd olunub.

Xatırladaq ki, 200 kilometr Finlandiya-Rusiya sərhədinin ümumi uzunluğunun təqribən 15 faizini təşkil edir. Finlandiya hökumətinin məlumatına görə, ümumilikdə hasarın inşası 3-4 il və yüz milyonlarla avro vəsait tələb edəcək. Hazırlıq işləri 2023-cü ilin payızında başlayıb. Finlandiya rəhbərliyi Ukraynada münaqişə başladıqdan sonra Rusiya ilə sərhəddə hasarın inşası məsələsini müzakirə etməyə başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam